İcra başçısı kartof sahələrində fermerlərlə görüşüb -05 sentyabr 2025
Bu gün Şəmkir rayonunda məhsul istehsalçılarına göstərilən dəstək aqrar bölmənin digər sahələri kimi, kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb.
Hər il olduğu kimi bu il də rayonumuzun iqtisadi potensialının əsas hissəsini təşkil edən kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülüb.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ələsgərli kəndi və ətraf ərazilərdə kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarında olub, fermerlərin istək və arzularını dinləyib, problemləri ilə maraqlanıb.
Torpaq mülkiyyətçiləri becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdə bol məhsul yetişdiyini bildiriblər.
Onu da qeyd edək ki, cari ilin məhsulu üçün Şəmkirdə 𝟔𝟔𝟏𝟓,𝟐 𝐡𝐞𝐤𝐭𝐚𝐫 sahədə kartof əkilib. Son statistik məlumatlara görə əkilmiş sahələrin 𝟒𝟖𝟎𝟐,𝟎 𝐡𝐞𝐤𝐭𝐚𝐫ı𝐧𝐝𝐚n fermerlər tərəfindən ümumilikdə 𝟏𝟑𝟑 𝟗𝟕𝟓,𝟎 𝐭𝐨𝐧 məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 𝟐𝟕𝟖,𝟎 𝐬𝐞𝐧𝐭𝐧𝐞𝐫 təşkil edib.
Yerli fermerlər bildirir ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və bütün bunları nəzərə alaraq onlar növbəti ilə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar






