Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İctimai Şuranın üzvləri ilə görüş keçirdi

16 aprel 2026 | 15:48
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev RİH başçısı yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Rəşad Tağıyev çıxış edərək cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyət üçün RİH başçısı yanında İctimai Şuranın önəmini xüsusi qeyd edib.
RİH başçısı bildirib ki, İctimai Şuranın fəaliyyəti vətəndaş cəmiyyətinin inkişafında, dövlət qurumları ilə ictimaiyyət arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynayır. O, Şura üzvlərinin təklif və təşəbbüslərinin hər zaman diqqətdə saxlanıldığını vurğulayıb.
İcra başçısı həmçinin 2025-ci ildə rayonda görülən işlər haqda danışaraq bildirib ki, qarşıya qoyulmuş məqsədlərin hər biri əvvəlcədən tərtib olunmuş İş Planına uyğun şəkildə aparılır.
Görüşdə rayonun sosial-iqtisadi inkişafı, vətəndaş müraciətlərinin operativ və effektiv şəkildə həlli, şəffaflığın artırılması və ictimai iştirakçılığın genişləndirilməsi məsələləri müzakirə olunub.
İctimai Şuranın üzvləri çıxış edərək müxtəlif sahələr üzrə təkliflərini səsləndirib, yerli əhəmiyyətli problemlərin həlli istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı müzakirələr şəraitində davam edib, səsləndirilən təkliflərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Sonda RİH başçısı İctimai Şura üzvlərinə fəal fəaliyyətlərinə görə təşəkkür edib və gələcəkdə də səmərəli əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Keçidlər