Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı erməni təxribatları nəticəsində yaralanan hərbçimizi ziyarət edib, ailəsinə baş çəkib

29 sentyabr 2022 | 09:48
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Daşkəsən rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı yaralanan Ağlavaşlı kənd sakini Namazalıyev Firuddin Rafail oğlunu Gəncə şəhərindəki Silahlı Qüvvələrin Hospitalında ziyarət edib.
İcra başçısı hərbçimizin müalicəsi və qayğıları ilə maraqlanıb, tezliklə sağalıb ailəsinin yanına dönməsini arzulayıb.
İcra başçısı daha sonra Firuddin Namazalıyevin ailəsini ziyarət edərək onun yaxınları ilə söhbət edib, gündəlik qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Yaralı hərbçimizin ailəsi ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Yaralı hərbçimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər