İcra başçısı erməni təxribatları nəticəsində yaralanan hərbçimizi evində ziyarət edib
24 oktyabr 2022 | 17:31
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sentyabr ayında Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı minaya düşərək yaralanan Şiştəpə kənd sakini Hacıyev Roman Qabil oğlunu evində ziyarət edib.
İcra başçısı hərbçimizin müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanıb, onu narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Yaralı hərbçimizin ailəsi ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.