İcra başçısı "Beynəlxalq Könüllülər Günündə" gənclərin düşərgəsinə qoşuldu, onları təbrik etdi-FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Şəmkir Heydər Əliyev Mərkəzinin könüllüləri ilə görüşüb.
"5 dekabr-Beynəlxalq Könüllülər Günü" münasibətilə Kür çayı sahilində düşərgədə keçirilən görüşdə çıxış edən Rəşad Tağıyev könüllüləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı Şəmkirdə könüllü fəaliyyəti ilə bağlı məlumat verib və gənc könüllülərin rayonun ictimai həyatında mühüm rol oynadıqlarını bildirib.
Rəşad Tağıyev görüş zamanı gənclərin kareyra inkişafına dair imkanlardan danışıb və özünün karyera inkişafını gənclərlə bölüşüb: “Ölkəmizdə hər zaman gənclərə xüsusi diqqət göstərilir. Onların inkişafı üçün bütün imkanlar yaradılır. Biz də hər zaman sizlərə dəstək olacaq və bütün sahələrdə Şəmkir gənclərinin, xüsusilə də könüllülərin fəaliyyətindən maksimum yararlanmağa çalışacağıq.
44 günlük Vətən müharibəsində iştirak etmiş bir çox gənc əsgər və zabitin məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində təlim və tərbiyyə aldıqlarını xatırladan icra başçı bildirdi ki, Vətən müharibəsi başlayanda ordu sıralarına minlərlə Şəmkir gənci qoşuldu".
Görüş zamanı Şəmkir rayounda həyata keçirilən yenidənqurma, abadlıq-quruculuq və infrstruktur layihələr barədə fikir mübadiləsi aparıldı.
Tədbirdə çıxış edən könüllülər səmimi görəşüşə görə icra başçısına təşəkkürlərini bildirdilər və ölkə rəhbərliyinin siyasətini birmənalı olaraq dəstəklədiklərini vurğuladılar.
Görüşün sonunda xatirə fotosu çəkildi, könüllülərə sertifikatlar verildi.