İcra başçısı “Azərxalça” ASC-nin Şəmkir filialında olub
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialında olub, burada çalışan xalçaçılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
İcra başçısına məlumat verilərək bildirilib ki, 2017-ci ilin avqust ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən filialda toxucular üçün ideal iş şəraiti yaradılıb.
Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 47 toxucu çalışır. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Hazırda emalatxanada müxtəlif ölçülü 43 dəzgah var.
u dəzgahlarda 5 il ərzində 780 xalça kəsilib.
Xalça istehsalı emalatxanasında Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy və Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük verilir.
Azərxalça” ASC-nin Şəmkir filialı ilə tanışlıqdan sonra icra başçısı yeni toxunmuş xalçanı kəsib, xalçaçılarla xatirə fotosu çəkdirib.