Şriftin ölçüsü :

Saytın rəngi :

İ𝐜𝐫𝐚 𝐧𝐮̈𝐦𝐚𝐲ə𝐧𝐝ə𝐥ə𝐫𝐢 𝐯ə 𝐛ə𝐥ə𝐝𝐢𝐲𝐲ə 𝐬ə𝐝𝐫𝐥ə𝐫𝐢 𝐢𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.

01 may 2023 | 09:57
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, RİH əməkdaşları, icra nümayəndələri və və bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Belə ki, rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması, bu sahədə mövcud olan çətinliklər və problemlər görüşün gündəliyinə daxil edilib.
Eyni zamanda görüş zamanı su ehtiyatlarının SİB-lər tərəfindən sakinlər arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun şəffaf bölüşdürülməsi, bu sahədə yarana biləcək neqativ halların vaxtında qarşısının alınması ilə bağlı tapşırıqlar verilib.
İclasda həmçinin dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə məqsədilə tədbirlər görülməsi tapşırılmışdır.
Keçidlər