Şriftin ölçüsü :

Saytın rəngi :

𝐓𝐚𝐥ı𝐬̧ 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢, 𝐦𝐮̈𝐫𝐚𝐜𝐢ə𝐭𝐥ə𝐫𝐢𝐧ə 𝐛𝐚𝐱ı𝐥𝐝ı

04 noyabr 2023 | 09:57
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Talış kəndində sakinlərimizlə görüşüb.
Rəşad Tağıyev sakinlərlə söhbətində Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də sakinlərə ətraflı məlumat verən icra başçısı qeyd etdi ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.
Kənd sakinləri tərəfindən əsasən elektrik naqillərinin kabelləşməsi, internet xəttinin çəkilməsi, suvarma suyunda olan problemlərin aradan qaldırılması, 9 illik təhsil sistemi ilə fəaliyyət göstərən Talış kənd orta məktəbinin tam orta təhsil sisteminə keçirilməsi, kənddə körpələr evi-uşaq bağçasının açılması, kəndə gələn avtomobil yolunun yenidən qurulması kimi məsələlər qaldırıldı.
İcra başçısı sakinlərimizə məlumat verərək bildirdi ki, Talış kəndində elektrik naqillərinin kabelləşməsi artıq layihələndirilib və yaxın günlərdə kabelləşmə işləri aparılacaq, köhnə elektrik naqilləri SİP kabelləri ilə əvəz olunacaqdır: “Kəndə internet xəttinin çəkilməsi məsləsinə gəldikdə isə artıq bu işlərə başlanılıb və noyabr ayının sonuna kimi sakinlərin bu istəyi də yerinə yetiriləcəkdir”.
Rəşad Tağıyev Talış kənd sakinlərinin içməli və suvarma suyu ilə bağlı istəyinə uyğun olaraq bildirildi ki, bu kənd üçün artıq bir ədəd subartezian quyusu ayrılıb və təlabata uyğun olaraq birinin də qazılmasına baxılacaqdır. Eyniz zamanda aidiyyəti üzrə tapşırıldı ki, sakinlərin istəyi ilə genişləndirilən, qaynama suyu ilə qidalanan göl kanal vasitəsilə doldurularaq onların istifadəsinə verilsin.
Səyyar qəbul-görüşdə sakinlərimizin digər müraciətlərinə cavab olaraq isə bildirildi ki, qaldırdıqları bu məsələlərlə bağlı da RİH tərəfindən aidiyyəti üzrə müraciət olunub və həlli üçün dəstək göstəriləcəkdir.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirildi.
Keçidlər