Şriftin ölçüsü :

Saytın rəngi :

"𝐁𝐢𝐳 𝐚𝐫𝐭ı𝐪 𝐪𝐚𝐥𝐢𝐛 𝐝𝐨̈𝐯𝐥ə𝐭𝐢𝐧 𝐯ə𝐭ə𝐧𝐝𝐚𝐬̧𝐥𝐚𝐫ı𝐲ı𝐪" - 𝐑ə𝐬̧𝐚𝐝 𝐓𝐚𝐠̆ı𝐲𝐞𝐯 𝐓𝐚𝐭𝐚𝐫𝐥ı 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐏𝐚𝐫𝐤-𝐀𝐛𝐢𝐝ə 𝐤𝐨𝐦𝐥𝐞𝐤𝐬𝐢𝐧𝐢𝐧 𝐚𝐜̧ı𝐥ı𝐬̧ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.

30 yanvar 2023 | 16:26
 
Şəmkir rayonunun Tatarlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Park-Abidə Kompleksinin açılış mərasimi keçirilib.
Kənd fəallarının dəstəyi ilə hazırlanan Park-Abidə Kompleksinin açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti, gənclər, kənd ziyalıları və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıb.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsində, döyüş meydanında öz təsdiqini tapdı: “Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin zəfəri idi. Prezidentimiz bizə sevinc və qürur hissləri yaşatdı, biz artıq qalib dövlətin vətəndaşlarıyıq”.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
RİH başçısı tədbirin sonunda şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.
Şəhid ailələri çıxışlarında istər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər