İ𝐱𝐫𝐚𝐜 𝐍𝐞𝐟𝐭 𝐯ə 𝐐𝐚𝐳 𝐛𝐨𝐫𝐮 𝐤ə𝐦ə𝐫𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐭ə𝐡𝐥ü𝐤ə𝐬𝐢𝐳𝐥𝐢𝐲𝐢 ü𝐳𝐫ə 𝐤𝐨𝐦𝐢𝐬𝐬𝐢𝐲𝐚𝐧ı𝐧 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐢𝐜𝐥𝐚𝐬ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
03 oktyabr 2023 | 17:01
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Şəmkir rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur.
Bu məqsədlə yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Şəmkir Regional İdarəsinin rəisi Xanmurad Xıdırov və komissiyanın üzvləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də yüksək səviyyədə qorunur.
Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir Şəmkir sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür.