İ̇𝐧𝐳𝐢𝐛𝐚𝐭𝐢 ə𝐫𝐚𝐳𝐢 𝐝𝐚𝐢𝐫ə𝐬𝐢 𝐮̈𝐳𝐫ə 𝐧𝐮̈𝐦𝐚𝐲ə𝐧𝐝ə𝐥ə𝐫 𝐯ə 𝐛ə𝐥ə𝐝𝐢𝐲𝐲ə 𝐬ə𝐝𝐫𝐥ə𝐫𝐢𝐧𝐢𝐧 𝐢𝐬̧𝐭𝐢𝐫𝐚𝐤ı 𝐢𝐥ə 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢.
01 aprel 2023 | 09:50
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti görüş keçirib.
İclasda görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Eyni zamanda rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması, torpaq zəbtlərinin qarşısının alınması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması iclasın gündəliyinə daxil edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı bildirib ki, vətəndaşlara, xüsusilə də şəhid ailələri və qazilərə göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək ciddi tapşırıqlar verildi.
Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə məqsədilə tədbirlər görülməsi tapşırılmışdır.