𝐀𝐠̆𝐥𝐚𝐯𝐚𝐬̧𝐥ı 𝐤ə𝐧𝐝 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢 𝐢𝐥ə 𝐬ə𝐲𝐲𝐚𝐫 𝐪ə𝐛𝐮𝐥 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐝𝐢
16 dekabr 2022 | 19:21
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş rayonumuzun 𝐀𝐠̆𝐥𝐚𝐯𝐚𝐬̧𝐥ı kəndinin sakinləri ilə keçirildi.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını ziyarət edib.
Rəşad Tağıyev kənd ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olundu.
Sakinlər tərəfindən edilən müraciətlər əsasən kəndə gələn yolun təmir olunması, kəndin elektrik xətlərinin kabelləşməsi, su problemi, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.