Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! 30.09.2025

30 sentyabr 2025 | 17:10

44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdilər.
Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
Bu gün Şəmkir rayonunun Ağlavaşlı kəndində və Kür qəsəbəsində Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmovun əziz xatirəsi anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.

Keçidlər