Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq!

30 sentyabr 2026 | 16:25
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ savaşı ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini ortaya qoydu.
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Qurban Qəzənfərli və Niyaməddin Məhərrəmovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının altıncı ildönümündə anıldı.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzdülər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verildi.
Keçidlər