Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! - 27 oktyabr 2025

27 oktyabr 2025 | 16:43
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Mətləb Zamanov, Niyaməddin Musayev, İsmət Namazov, Rufan Əkbərli, Tural Cuvarov, Sehun İbrahimzadə, Vaqif Hüseynov və Münasib Məmmədovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının beşinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidlərimizin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər