Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! - 24 noyabr 2025

24 noyabr 2025 | 11:28
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Səbuhi Qasımov, Eşqin Güməmmədov, Rüstəm Məmmədov və Rövşən Mədətovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının beşinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidlərimizin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər