Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! -21 dekabr

21 dekabr 2023 | 09:45
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Elbrus Hüseynov, Çingiz Məmmdəov, Rəşad Yusubov və Üzeyir Rüstəmovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının üçüncü ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidlərimizin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər