Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! – 20 sentyabr 2026

20 sentyabr 2026 | 13:01
2023-cü ilin sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Əhməd Zamanlının əziz xatirəsi üçüncü ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
𝐀𝐥𝐥𝐚𝐡 𝐫ə𝐡𝐦ə𝐭 𝐞𝐥ə𝐬𝐢𝐧!
Keçidlər