Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! -18 dekabr

18 dekabr 2023 | 16:08
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq üç il ötür.
Bu günlərdə Şəmkir RİH əməkdaşları və ictimaiyyət şəhidlərinin xatirəsini ehtiramla anır, onların məzarlarını ziyarət edir, ailələrinə baş çəkirlər.
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Vüsal Məmmədov və Tural Abbasovun əziz xatirəsi anılıb.
Əvvəlcə RİH əməkdaşları, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və qazilər qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərimizin anım mərasimlərində qəhrəmanların keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açılıb, illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağı vurğulanıb.
Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.
Keçidlər