Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! - 12 noyabr 2025

12 noyabr 2025 | 15:25
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan kapitan Himət Hacıyev, baş leytenant Habil Əbdürrəhimli, Pərvin Məmmədov və Rövşən Əliyevin əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının dördüncü ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər