Hörmət və ehtiramla anırıq! - 10 dekabr 2024
10 dekabr 2024 | 15:29
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Arzu İsgəndərovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.