Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! - 09 oktyabr 2024

09 oktyabr 2024 | 16:10
Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu.
Bu gün müqəddəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu rahatdır. Onların hər biri Böyük Qələbənin həsrətində idi. Tarixi torpaqlarımız düşməndən təmizlənib, o torpağın əsl sahibləri yurdlarına qayıdırlar.
Bu gün Azərbaycan vətəndaşı üçün qürur və fəxr yaşadığı anlardır. Xalqımiz üçün müasir tarixin ən önəmli anlarıdır.
Bu anaları, bu Şanlı Tarixi yazanlarsa heç şübhəsiz ki, elimizin qəhrəman oğullarıdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən oğullar.
Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Tarix boyu bu 30 illik müharibənin qəhrəmanı olacaqlar onlar. Şəhidlər ölmür. Şəhidlərimiz qəlbimizdə yaşayır və yaşayacaqlar.
Bu gün bu qəhrəman oğullarımızdan Mərahim Abdullayev və Elvin Əliyevin əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının dördüncü ildönümündə anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Keçidlər