Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq!

05 avqust 2026 | 15:34
2022-ci ildə Ermənistanın təxribatları zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun xatirəsi dördüncü ildönümündə boya-başa çatdığı Qaracəmirli kəndində anılıb.
Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstləri düzülərək əziz xatirəsi anılıb.
Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Allah rəhmət eləsin!
 
Keçidlər