Hörmət və ehtiramla anırıq! -05 oktyabr 2026
05 oktyabr 2026 | 17:01
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Ruslan Qəhrəmanovun, Cavid Məmmədovun və Zaur Nəbiyevin əziz xatirəsi şəhadətə qovuşmalarının altıncı ildönümündə ehtiramla yad edilib.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı, YAP Şəmkir rayon təşkilatının, Şəmkir rayon Polis Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin, Şəmkir təhsil sektorunun və rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.
Mərasim iştirakçıları şəhidlərin keçdiyi döyüş yolunu, Vətən qarşısında göstərdikləri fədakarlığı və onların əziz xatirəsinin daim ehtiramla yaşadılmasının vacibliyini qeyd ediblər.
Daha sonra şəhidlərin ailə üzvləri ziyarət olunub, şəhidlərimizin ailələrinə övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar başsağlığı verilib.
Qeyd olunub ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, onların qəhrəmanlığı və Vətən qarşısındakı fədakarlığı gələcək nəsillər üçün örnək olacaq






