Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! 03.10.2025

03 oktyabr 2025 | 16:01
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Həbibov Seymur Firuz oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının beşinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər