Hörmət və ehtiramla anırıq! 02.10.2025
02 oktyabr 2025 | 10:20
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ savaşı ordumuzun qüdrətini, xalqımızın sarsılmaz birliyini ortaya qoydu.
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan İsrayıl Hacıyev və Vacib Məmmədovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının beçinci ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.






