Şriftin ölçüsü :

Saytın rəngi :

Hörmət və ehtiramla anırıq! -02 noyabr 2026

02 noyabr 2026 | 17:05
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Nadir Nadirli, Məhəmməd Əliyev, Şamxal Əjdərli, İsə Orucov və İsmət Qurbanovun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmalarının altıncı ildönümündə anılıb.
Anım mərasimlərində Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Eyni zamanda şəhidlərimizin ailə üzvləri ziyarət olunub, onlara övladlarının şəhadətə qovuşmasının ildönümü ilə əlaqədar baş sağlığı verilib.
Keçidlər