Şriftin ölçüsü :

Saytın rəngi :

"Həyata keçirilən layihələrdə gənclər təşkilatları da fəallıq nümayiş etdirməlidir” - Rəşad Tağıyev

17 oktyabr 2022 | 17:03
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda gənclərin fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə bağlı görüş keçirib.
Rayonda gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, bu sahədə fəallığın təmin olunması məqsədilə təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin məsul şəxsləri, rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
RİH başçısı Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında və Şəmkir rayonunda aparılan gəncləşmə siyasətindən, gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən danışıb.
İcra başçısı bildirib ki, RİH-nin əsas məqsədlərindən biri rayonda gənclərin inkişafına şərait yaratmaq, istedadlı gənclərin potensialını dəstəkləmək, Şəmkirin davamlı inkişafında gənclərin fəal iştirakını təmin etməkdir: “Bu gün rayon gənclərinin bütün sahələrdə maariflənməsi, intellektual inkişafı, təşkilatlanması, fərdi və sosial inkişafının təmin olunması istiqamətində Şəmkirdə məqsədyönlü işlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdə rayonda fəaliyyət göstərən gənclər təşkilatları da fəallıq nümayiş etdirməlidir”.
Daha sonra görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, yaxın gələcəkdə nəzərdə tutulan layihələrin müzakirəsi edilib.
Keçidlər