Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi pilot, Azərbaycan ordusunun veteranı Aleksandr Pleşa vəfat edib.

29 sentyabr 2026 | 16:45
Aleksandr Pleşanın vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, doğmalarına səbir diləyirik.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-nin rəhbər heyəti, müharibə veteranları, eləcə də ictimaiyyət nümayəndələri mərhumun yas mərasimində iştirak ediblər.
Qeyd edək ki, Aleksandr Pleşa 1992-ci ildən Azərbaycan Milli Ordusunun sıralarında xidmət edib. Şəmkir aerodromunda yerləşən 882-ci Aviasiya Alayında komandir müavini, daha sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Havadan Müdafiə Qoşunları komandanının müavini vəzifələrində çalışıb.
O, hərbi pilot kimi xidmət etdiyi dövrdə Qarabağ istiqamətində gedən döyüşlərdə iştirak edib
Keçidlər