Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıalılar və Şeidlərə gedən yolda təmir-bərpa işləri aparıldı, vətəndaşların səyyar qəbuldakı istəyi təmin olundu

24 aprel 2025 | 10:20

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin rayonun Hacıalılar və Şeidlər kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən müraciət müsbət həllini tapıb.
Belə ki, səyyar qəbulda sakinlərlə kəndin ümumi problemlərinin müzakirəsi zamanı onların istək və təkliflərindən biri kəndə gələn yolun təmir olunması olub.
Sakinlərimizin istəyi nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 25 saylı Yol İstismar İdarəsinin dəstəyi ilə Hacıalılar və Şeidlər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər və kənd bələdiyyəsi tərəfindən Çənlibel kəndindən Hacıalılar kəndinə gedən yol və Şəmkir-Gədəbəy magistralından Şeidlər kəndinə gedən yolda təmir-bərpa işləri aparılıb.
Belə ki, ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlanıb, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkilib.
Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.
Onu da qeyd edək ki, səyyar qəbullar zamanı vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilir və tədbirlər müəyyənləşdirilir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Keçidlər