Hacıalılar sakinləri ilə səyyar görüş
16 sentyabr 2022 | 17:26
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonumuzun ucqar dağ kəndlərindən olan Hacıalılar sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Qəbulda icra başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəşad Tağıyev sakinlərlə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar haqqında danışıb.
İcra başçısı daha sonra Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.