Şriftin ölçüsü :

Saytın rəngi :

"Görülən bütün bu işlər gələcəkdə də davam etdiriləcək və əsas məqsəd sakinlərimizin rahatlığını təmin etməkdir"

13 dekabr 2024 | 10:39
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin sakinlərimizlə növbəti səyyar qəbulu Şəmkir şəhərində keçirilib.
RİH-in, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçı artıq ənənə halını almış səyyar qəbuların əsas məqsədinin sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək olduğunu bildirib.
İcra başçısı görüşdə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışıb, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, Şəmkirdə aparılan geniş tikinti-quruculuq, abadlıq işlərindən bəhs edib.
Şəmkir şəhərində görülən işlərə toxunan icra Rəşad Tağıyev bildirib ki, hər il olduğu kimi 2024-cü ildə də RİH tərəfindən sosyalyönümlü layihələr həyata keçirilir, geniş abadlıq-quruculuq işləri aparılır. Belə ki, cari ildə şəhərimizin 19 küçəsində, eləcə də Çinarlı qəsəbəsində yerləşən 1 küçədə asfalt-beton örtüyünün salınması, həmçinin cari təmiri işləri aparılır. Eyni zamanda Şəmkir şəhərində küçələrin işıqlandırılması, parklarda cari təmir işləri, şəhərin təmizliyi də mütəmadi olaraq nəzarətdə saxlanılır.
İcra başçısı bildirib ki, görülən bütün bu işlər gələcəkdə də davam etdiriləcək və əsas məqsəd sakinlərin rahatlığını təmin etməkdir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və müraciətlərə yerində baxış keçirilib.
Keçidlər