Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Kür çayı sahilində ekoloji aksiya keçirdilər

06 iyun 2023 | 09:35
Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsi Sosial fəaliyyətlər klubu çərçivəsində 5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar olaraq ekoloji aksiya keçirib.
Aksiya Kür çayı sahili boyu ərazidə həyata baş tutub.
Ekoloji aksiyada iştirak edən könüllülərə ilk öncə ətraf mühitin mühafizəsinin önəmindən danışılmış sonra isə gənclərlə birlikdə ətrafda olan məişət tullantıları yığılıb, ərazi təmizlənib.
Tədbirin əsas məqsədi Kür çayı sahilində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
Keçidlər