Şriftin ölçüsü :

Saytın rəngi :

Gələn il qızıl medal qazanacağam

07 avqust 2025 | 10:35
𝐔𝟏𝟕 𝐝𝐮̈𝐧𝐲𝐚 𝐜̧𝐞𝐦𝐩𝐢𝐨𝐧𝐚𝐭ı𝐧𝐝𝐚 𝐛𝐮̈𝐫𝐮̈𝐧𝐜 𝐦𝐞𝐝𝐚𝐥 𝐪𝐚𝐳𝐚𝐧𝐚𝐧 𝐢𝐝𝐦𝐚𝐧𝐜̧ı𝐦ı𝐳 𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐪𝐚𝐫𝐬̧ı𝐥𝐚𝐧ı𝐛
Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçimiz Hakim Tağıyev Şəmkirdə coşqu ilə qarşılanıb.
Qarşılanma mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin, Şəmkir şəhər bələdiyyəsinin nümayəndələri, Şəmkir rayonu üzrə gənclər və idman sektoru və Şəmkir Uşaq Gənclər İdman Məktəbinin rəhbər heyəti, yerli idmançılar iştirak ediblər.
Bildirilib ki, Milli komandamızın heyətində olan gənc idmançımızın qazandığı uğur Şəmkir üçün çox önəmli bir hadisədir. Hakimin bu qələbəsi yerli idmançılarımızı gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandıracaq.
Qeyd edək ki, Şəmkir Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə məşqçi-müəllimi Rakif Məmmədovun yetirməsi olan Hakim Tağıyev ölkəmizi 110 kq çəki dərəcəsində təmsil edib. İdmançımız bürünc medal uğrunda bolqarıstanlı Stefan Stefanova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək U17 Avropa çempionatını 3-cü yerdə başa vurub.
Dünya üçüncüsü Hakim Tağıyev qazandığı uğuru belə dəyərləndirib: “Yarış əla keçdi. Bürünc medal qazandım. Daha yüksək nəticə də ola bilərdi. İnşallah, bundan da yaxşı hazırlaşıb, gələn il qızıl medal qazanacağam. Ailəmə, şəxsi məşqçimə və yığma komandanın məşqçilərinə minnətdaram”.
Keçidlər