Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

13 noyabr 2025 | 13:19
Şəmkir rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Nəbiyev, Mərkəzin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən söz açılıb.
Çıxış edənlər fövqəladə hallar və yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat veriblər. Həmçinin fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə fəaliyyətin daha faydalı olduğu diqqətə çatdırılıb.
Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Keçidlər