Filologiya elmləri doktoru, professor Oruc Musayev vəfat edib.
24 oktyabr 2023 | 09:32
Lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayevin vəfatından kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk!
Azərbaycanlı alim Oruc Musayev 1929-cu ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri idi.
Məhz onun sayəsində ilk dəfə Azərbaycan leksikoqrafiyasına çox dəyərli töhfə olan 2 böyük həcmli lüğət – Azərbaycanca-İngiliscə (1996) və İngiliscə-Azərbaycanca (2003) lüğətlər işıq üzü görüb.