Erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
07 iyun 2023 | 14:40
Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Keçili kənd tam orta məktəbdə erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagirdləri, səhiyyə işçiləri iştirak ediblər.
Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, reproduktiv sağlamlıq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.