Şriftin ölçüsü :

Saytın rəngi :

Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə bağlı tədbir təşkil olunub

24 noyabr 2022 | 10:12
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğu və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbir təşkil edilib.
Tədbirdə böyük şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd edilib ki, Ə.Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır: “Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib”.
Daha sonra bədii hissədə Əhməd Cavad adına tam orta məktəbin şagirdləri tərəfindən şairin müxtəlif şeirləri səsləndirilib.
Keçidlər