Şriftin ölçüsü :

Saytın rəngi :

Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir keçirildi

05 may 2022 | 15:09
Şəmkirdə rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi, Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığından, istiqlaliyyətə həsr etdiyi şeiriyyatından, məhkumluq və həyat yoldaşı Şükriyyə Axundzadənin sürgünlük həyatına məhkum olması mövzusunda tədqiqatçıların verdiyi tarixi faktlardan və xatirələrdən bəhs ediblər.
Eyni zamanda Əhməd Cavadın müəllifi olduğu əsərlər, haqqında yazılan kitablar, dünya klassiklərindən tərcümə etdiyi əsərlər haqqında məlumat verilib.
Əhməd Cavadın adını Azərbaycanın istiqlaliyyət tarixinə yazan, müəllifi olduğu Azərbaycanın Dövlət Himninin yazılma tarixi, müəllifin uzun illər təqiblərə, əsassız ittihamlara məruz qalması haqqında faktlar, habelə özünün və ailə üzvlərinin yaşadığı çətinliklər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə məktəblilərin ifasında şairin həyat və yaradıcılığından ibarət kompozisiyalar səsləndirilib.
Eyni zamanda tədbir çərçivəsində Şəmkir Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən “İstiqlal şairi” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Keçidlər