Şriftin ölçüsü :

Saytın rəngi :

𝐀𝐧𝐭𝐢𝐭𝐞𝐫𝐫𝐨𝐫 ə𝐦ə𝐥𝐢𝐲𝐲𝐚𝐭𝐥𝐚𝐫ı 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐲𝐚𝐫𝐚𝐥𝐚𝐧𝐚𝐧 𝐡ə𝐫𝐛𝐢𝐜̧𝐢𝐥ə𝐫𝐢𝐦𝐢𝐳 𝐞𝐯𝐥ə𝐫𝐢𝐧𝐝ə 𝐳𝐢𝐲𝐚𝐫ə𝐭 𝐞𝐝𝐢𝐥𝐝𝐢

20 oktyabr 2023 | 15:38
Şəmkir Rayon İcra Hakaimiyyətinin rəhbər heyəti 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı yaralanan hərbçilərimizi evlərində ziyarət ediblər.
Görüşlər zamanı onların müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanılıb, hərbçilərimizi narahat edən məsələlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilib.
Bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Hərbçilərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər