Şriftin ölçüsü :

Saytın rəngi :

𝐀𝐧𝐭𝐢𝐭𝐞𝐫𝐫𝐨𝐫 ə𝐦ə𝐥𝐢𝐲𝐲𝐚𝐭𝐥𝐚𝐫ı 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐲𝐚𝐫𝐚𝐥𝐚𝐧𝐚𝐧 𝐡ə𝐫𝐛𝐜̧𝐢𝐦𝐢𝐳 𝐞𝐯𝐢𝐧𝐝ə 𝐳𝐢𝐲𝐚𝐫ə𝐭 𝐞𝐝𝐢𝐥𝐝𝐢

15 noyabr 2023 | 15:04
Azərbaycanın ayrılmaz parçası olan Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı yaralanan hərbçilərimizin evlərində ziyarəti davam edir.
Bu dəfə Düzqışlaq kənd sakini, əsgər Əliyev Ziya Vüqar oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin rəhəbər heyəti tərəfindən evində ziyarət olunub.
Görüş zamanı Ziya Əliyevin müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanılıb, hərbçimizi narahat edən məsələlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilib.
Hərbçimizin ailəsi ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan Şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Hərbçimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər