Şriftin ölçüsü :

Saytın rəngi :

Ə𝐥𝐚𝐪ə𝐥ə𝐧𝐝𝐢𝐫𝐦ə 𝐤𝐨𝐦𝐢𝐭ə𝐬𝐢𝐧𝐢𝐧 𝐧𝐨̈𝐯𝐛ə𝐭𝐢 𝐢𝐜𝐥𝐚𝐬ı 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.

20 fevral 2023 | 11:02
Bu gün ölkəmizdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınması” ilə əlaqədar Şəmkir rayonunda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.
İclasda əlaqələndirmə komitəsinin sədri Rauf Quliyev Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə icra hakimiyyətləri yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərlərinin birgə iştirakı ilə 28 oktyabr 2022-ci il tarixdə keçirilmiş müşavirədə qarşıya qoyulan vəzifələr və tapşırıqlar barədə məlumat verdmış, qeyri-rəsmi məşğulluq istiqamətində maarifləndirmə işlərinin artırılması, qeyri-kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən işəgötürənlərlə görüşlərin keçirilməsi, vətəndaşları qeydiyyatlı məşğulluğun üstünlükləri barədə məlumatlandırılması məsələləri müzakirə edilmişdir.
Keçidlər