Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟐𝟗 𝐦𝐢𝐧 𝟔𝟑𝟗 𝐚𝐯𝐭𝐨𝐦𝐨𝐛𝐢𝐥 𝐯𝐚𝐫 - 𝐒𝐭𝐚𝐭𝐢𝐬𝐭𝐢𝐤𝐚

11 yanvar 2023 | 14:49
Şəmkir rayonunda 2022-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyat müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 1520 min ton yük daşınıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz çoxdur.
Ötən ilin yanvar-sentyabr aylarında sərnişin daşınması 15 min 56 min nəfər olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz çoxdur.
2022-ci il sentyabr ayının məlumatına görə rayonda 29 min 639 avtomobil mövcuddur. Hazırda hər 100 ailədən 56,9 şəxsi minik avtomobillərə malikdir.
Rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara 1470,3 min manat rabitə xidməti göstərilib. Ondan 1214,4 min manatı əhaliyə xidmət edib. Nəqliyyat sektorunda hüquqi və fiziki şəxslər üzrə məhsul buraxılışının həcmi 8179,6 min manat olub. Bununda 4186,8 min manatı fiziki şəxslərin payına düşür.
Rayonda 38 poçt şöbəsi, ümumi tutumu 20 min 600 nömrə təşkil edən 37 ATS fəaliyyət göstərir. ATS-in hər biri elektron sistemlidir.
2022-ci ilin doqquz ayında rayonda istifadədə olan telefon aparatlarının sayı 13 min 580 ədədə çatıb. Onlardan 13 min 154-ü mənzillərdir. Hər 100 ailədən 28,8-i telefon rabitəsi ilə təmin edilib.
Keçidlər