Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə “𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯 𝐭𝐚𝐫𝐢𝐱𝐢𝐧 𝐪ı𝐳ı𝐥 𝐬ə𝐡𝐢𝐟ə𝐥ə𝐫𝐢𝐧𝐝ə” 𝐚𝐝𝐥ı 𝐦𝐚𝐚𝐫𝐢𝐟𝐥ə𝐧𝐝𝐢𝐫𝐢𝐜𝐢 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛.

01 may 2023 | 13:03
Şəmkirdə Rayon İcra Hakimiyyətinin və Şəmkir Təhsil Sektorunun təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev tarixin qızıl səhifələrində” adlı maarifləndirici tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Təhsil sektorunun müdiri Elşən Ələsgərov və digər tədbir iştirakçıları Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizdə dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, xalqımız qarşısında xidmətlərindən danışıblar.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri qoyub getdi: “Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi.
Azərbaycançılıq ideologiyasının ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqımızda dövlətçilik hissini formalaşdırdı”.
Daha sonra YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü bütün çıxışlarında dəfələrlə vurğulamışdır və hər zaman bu ideyaya sadiqlik nümayiş etdirmişdir.
Ümummilli Liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən bəhs edən film izlənilib.
Keçidlər