Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐗𝐨𝐜𝐚𝐥ı 𝐬𝐨𝐲𝐪ı𝐫ı𝐦ı 𝐪𝐮𝐫𝐛𝐚𝐧𝐥𝐚𝐫ı𝐧ı𝐧 𝐱𝐚𝐭𝐢𝐫ə𝐬𝐢 𝐞𝐡𝐭𝐢𝐫𝐚𝐦𝐥𝐚 𝐚𝐧ı𝐥ı𝐛

25 fevral 2023 | 13:05
Şəmkirdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in rəhbər heyəti və əməkdaşları, YAP Şəmkir Rayon Təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, o cümlədən media nümayəndələri iştirak ediblər.
Şəmkir şəhidlər Xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Eyni zamanda 31 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində soyqırıma məruz qalanların xatirəsinə Şəhidlər Xiyabanında 31 ədəd ağac əkilib.
Keçidlər