𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐪ı𝐬̧𝐚 𝐡𝐚𝐳ı𝐫𝐥ı𝐪 𝐦𝐮̈𝐳𝐚𝐤𝐢𝐫ə 𝐨𝐥𝐮𝐧𝐝𝐮: 𝐓𝐨̈𝐯𝐬𝐢𝐲ə𝐥ə𝐫 𝐯𝐞𝐫𝐢𝐥𝐝𝐢
10 dekabr 2022 | 16:42
Şəmkir Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı rayonda fəaliyyət göstərən əsas xidmət təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Rih başçısı Rəşad Tağıyev prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə həyata keçirilən islahatlardan, əhalinin rifahının yüksəldilməsi üçün geniş vüsət alan abadlıq-quruculuq layihələrindən, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, xidmət strukturları qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.
Rəşad Tağıyev verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr verib.
Görüşdə bu ilki qış mövsümü ilə əlaqədar rayon icra hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq xidmət təşkilatları ilə qarşılıqlı fəaliyyətin gücləndirildiyi, xüsusi texnikaların saz vəziyyətə gətirildiyi qeyd olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimində çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Sonda rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri qış mövsümünə hazırlıqla bağlı geniş məruzə ilə çıxış ediblər.