Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐭𝐚𝐱ı𝐥 𝐭ə𝐝𝐚𝐫𝐮̈𝐤𝐮̈ 𝐳𝐚𝐦𝐚𝐧ı 𝐲𝐚𝐧𝐠̆ı𝐧 𝐭ə𝐡𝐥𝐮̈𝐤ə𝐬𝐢𝐳𝐥𝐢𝐲𝐢 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐬𝐞𝐦𝐢𝐧𝐚𝐫-𝐦𝐮̈𝐬̧𝐚𝐯𝐢𝐫ə 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛

17 may 2023 | 17:04
Şəmkir Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə seminar-müşavirə keçirib.
Tədbirlərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, FHN-in Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin, Meşə mühafizəsi və bərpası müəssisəsinin, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları, nümayəndə və bələdiyyə sədrləri, fermer təsərrüfatı sahibləri iştirak ediblər.
Seminar-müşavirələrdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi istiqamətində aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb və yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Keçidlər