Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə "𝐔𝐬̧𝐚𝐪𝐥𝐚𝐫ı𝐧 𝐡𝐮𝐦𝐚𝐧𝐢𝐳𝐦 𝐯ə 𝐭𝐨𝐥𝐞𝐫𝐚𝐧𝐭𝐥ı𝐪 𝐫𝐮𝐡𝐮𝐧𝐝𝐚 𝐭ə𝐫𝐛𝐢𝐲ə𝐬𝐢𝐧𝐢𝐧 𝐦ə𝐧ə𝐯𝐢-𝐩𝐬𝐢𝐱𝐨𝐥𝐨𝐣𝐢 𝐚𝐬𝐩𝐞𝐤𝐭𝐥ə𝐫𝐢" 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮 𝐦𝐮̈𝐳𝐚𝐤𝐢𝐫ə 𝐞𝐝𝐢𝐥𝐢𝐛.

16 mart 2023 | 16:58
Şəmkir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi birgə təşkilatçılığı ilə H.Z.Tağıyev adına Kür qəsəbə tam orta məktəbində "Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şəmkir RİH əməkdaşı Ruhid Hacıyev, DQİDK–nın əməkdaşı Rasim Tağıyev və məktəbin müəllim və şagiird heyəti iştirak ediblər.
Tədbirdə çıxış edənlər uşaqların fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələrin bu gün dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildiriblər. Son illər ölkəmizdə uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışan çıxışçılar bu sahədə təhsilin önəmini xüsusi ilə qeyd ediblər.
Tədbir iştirakçıları məktəblərdə uşaqların milli-mənəvi dəyərlərimizə, xalqımızın tolerantlıq ənənələrinə bağlı şəkildə yetişdirilməsinin əhəmiyyətindən danışaraq, zamanında əldə edilən biliklərin uşaqların gələcək həyatında radikal və ekstremist qüvvələrdən uzaq durmalarında önəmli olacağını qeyd ediblər. Çıxış edənlər bu gün Azərbaycan gəncliyinin öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşdığını qeyd ediblər.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam edib.
Keçidlər