Şriftin ölçüsü :

Saytın rəngi :

𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐡𝐞𝐲𝐯𝐚𝐧𝐝𝐚𝐫𝐥ı𝐪𝐥𝐚 𝐦ə𝐬̧𝐠̆𝐮𝐥 𝐨𝐥𝐚𝐧 𝐟𝐞𝐫𝐦𝐞𝐫𝐥ə𝐫𝐥ə 𝐠𝐨̈𝐫𝐮̈𝐬̧ 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛

28 oktyabr 2023 | 11:33
Şəmkir Rayon İcra Hakimiyyətinin və Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinin təşkilatçılığı ilə rayon ərazisində heyvanların identikləşdirilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə heyvandarlıqla məşğul olan fermerlərlə yanaşı, Şəmkir rayonu üzrə baytarlıq qurumunun məsul əməkdaşları, Şəmkir KOB dostu, qəsəbə və kəndlərin bələdiyyə sədrləri də iştirak edib.
Tədbirdə heyvanların identikləşdirilməsi prosesinin regionda ilk olaraq Şəmkir rayonunda başlandığı qeyd olunub. Növbəti aylar ərzində də iribuynuzlu mal-qaranın və atların identikləşdirilməsinin və nişanlanmasının (birkalanmasının) davam etdiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, heyvanların nişanlanması üçün Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi xüsusi tanınma nömrəsindən istifadə olunmalı və məlumatlar “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”nə (HİQS) əlavə olunmalıdır.
İlk növbədə iribuynuzlu mal-qara və atlar üçün tətbiq olunacaq sistemin əsas məqsədlərindən biri heyvan mənşəli xəstəliklərə yoluxma hallarını aradan qaldırmaq, heyvanların peyvəndlənməsi prossesinə nəzarəti tam həyata keçirmək və əhalinin istehlak etdiyi ətin mənşəyi barədə istehlakçıların tam məlumatlı olmasını təmin etməkdir.
Tədbirdə iştirak edən fermerlər yeni sistemin əhəmiyyəti barədə danışaraq nəzərdə tutulan prosesdə fəal iştirak edəcəklərini bildiriblər.
Keçidlər