𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟐𝟎𝟐𝟐-𝐜𝐢 𝐢𝐥𝐢𝐧 𝐲𝐞𝐤𝐮𝐧𝐥𝐚𝐫ı𝐧𝐚 𝐡ə𝐬𝐫 𝐨𝐥𝐮𝐧𝐦𝐮𝐬̧ 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
Rəşad Tağıyev çıxışında Şəmkir rayonunda aparılan abadlıq və quruculuq işləri, sakinlərin rifah səviyyəsinin yaxşılşdırılması üçün görülən tədbirlər haqqında məlumat verib.
Regionların sosial-iqtisadi inkişafı, böyük infrastruktur layihələrin reallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən söz açan icra başçısı 2022-ci ilin Respublikamız, o cümlədən Şəmkir rayonunun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu bildirib.
Tədbirin sonunda 2022-ci ildə rayonun sosial-iqtsadi, ictimai-siyasi və mədəni həyatında fərqlənən hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin kollektivləri RİH başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb, göstərdikləri səmərəli fəaliyyətlərinə görə təşəkkür edilib.
Daha sonra xatirə fotosu çəkilib.